Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Quliyev Abdulla Abbasqulu oğlu (doğulduğu tarix 25.12.1929, Ordubad şəhəri) –rəssam. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1953) və Moskva Ali Sənaye Rəssamlıq Məktəbini (1960) bitirmişdir. Həmin vaxtdan Moskvada yaşayıb-yaradır. Rusiya Federasiyasının Moskva Daha ətraflı →

Ordubad dünyada ən qədim insan məskənlərindən biri, bəşəriyyətin yaranma ocağı sayılır. Naxçıvan Muxtar Respublikasının ərazisində qayaüstü rəsmləri aşkara çıxarmaq məqsədi ilə 1968-ci ildən başlayaraq ilk dəfə Ordubad ərazisində arxeoloji axtarışlar aparılmağa başlanılmışdır.Azərbaycanm qədim mədəniyyət diyarı sayılan Orubadın hər bir dağı haqqında nəsillərdən-nəsillərə, yaddaşlarda zəmanəmizədək yadigar qalmış əfsanələr bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verir. Qədim dünyanm ən müqəddəs panteonlarmdan biri sayılan Gəmiqaya dağı haqqında tarixi həqiqətlərlə dolu bir əfsanə, Azərbaycan xalqına məxsus qədim "yazılar" -piktoqramlar qayalar üzərində həkk olunmuşdur.Gəmiqaya Ordubad rayonu ərazisində - Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə yerləşir. Yalçın, şiş qayalı zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ Naxçıvanın hər yerindən aydın görünür.
Təbiətin möcüzəli biçimində yaranmış Gəmiqaya, uzaqdan mavi səma fonunda bir növ dərin ümmanlara baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Kim bilir, bəlkə də ulu nəsillər belə zahiri oxşarlığa əsasən Qapıcıq zirvəsinə (Naxçıvan MR ərazisinin ən yüksək nöqtəsi - 3904 m) Gəmiqaya adı vermişlər.Ehtimal olunur ki, Nuh peyğəmbərin qəbiri də Ordubad ərazisində yerləşən qəbiristanlıqlardan birindədir. Qədim şumer mənşəli əfsanəyə görə vaxtilə ümumdünya su daşqını baş verərkən Nuh peyğəmbər öz gəmisi ilə üzüb (bəzi mənbələrdə 90 gün, bəzi mənbələrdə isə 75 gün göstərilir) Gəmiqaya dağı ərazisinə çatmışdır. Gəminin qayaya dəyib parçalandığı vaxtdan sonra insanlar sahilə çıxaraq məskunlaşmağa başlamışlar.Gəmiqaya petroqlifləri Ordubad ərazisində 50-60 min il bundan əvvəllər təsviri incəsənətin geniş və yüksək inkişaf tapdığını daha parlaq şəkildə əks etdirir. Qaya üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində e.ə. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir. Azərbaycanın qədim tarixi, mədəniyyəti və incəsənətinin mühüm problem məsələlərinin düzgün elmi şərhində mühüm əhəmiyyət kəsb edən Gəmiqaya abidələri hazırda daha geniş planda öyrənilir. Burada hələ aşkara çıxarılmamış, sirləri açılmamış yüzlərlə qayaüstü rəsmlər, müxtəlif piktoqramlar vardır. Həmçinin bu ərazidə qədim inamlarla bağlı olan və mağarada yerləşən Bibqətəl məbədi yerləşir.
Ordubadda qədim əhalinin məskunlaşdığı əsas ərazilərdən biri Gilançay vadisi olmuşdur. Bunun üçün Gilançay vadisinin təbii zənginlikləri, bol ov məskənləri, eləcə do füsıınkar mənzərəli relyefı zəmin yaratmışdır. Gilançay vadisinin Araz sahili düzənlə qovuşduğu ərazidə b.ə. II minilliyində əhali daha sıx məskunlaşmışdır. Burada Sabirkənd, Plovdağ və Xaraba Gilan ərazisində e.ə. II-I minilliklərə aid mədəniyyət qalıqları ilə zəngin olan yaşayış yerləri və nekropollar (Muncuqlu, Sabirkənd və b.) mövcuddur. Bu qədim yaşayış yerlərinin böyüyüb inkişaf etməsində Yaxın Şərq ölkələri ilə Zaqafqaziyanın iqtisadi-mədəni əlaqələri mühüm rol oynamışdır. Tədricən qədim yaşayış yerlərinin iqtisadi qüdrəti yüksəlmiş, Xaraba Gilan ərazisində antik dövrdə (e.ə. V-VI əsrlərdə) şəhər mədəniyyəti yaranmışdır. Orta əsrlər dövründə bu şəhərAzərbaycanın mühüm ticarət sənətkarlıq mərkəzlərindən biri olmuşdur.Gilançay vadisində Ordubadın qədim əhalisinin yaşayış məskənləri, nekropolları və ibadətgahları vardır. Biləv kəndi yaxınlığında, Gilançaym sağ sahilindəki əzəmətli kanyonun zirvəsində yerləşən abidə xalq arasında Babək qalası, Gəmiqayada Qaranquş yaylağındakı qəbiristanlıq isə babəkilərin qəbirləri kimi tanınır.Gilançayın yuxarı axını boyunca - Gilan kənd, Biləv, Parağa, Tivi, Nəsirvaz, Xurs kəndləri ərazisində də tunc, ilk dəmir və antik dövrlərinə aid qədim mədəniyyətin qalıqları izlənmişdir. Bütün bu abidələr Gəmiqaya haqqındakı maraqlı tarixi əfsanələrin təsadüfı söylənmədiyini, əksinə Gilan vadisinin yüksək mədəniyyətə sahib olan tunc dövrü tayfalarının Yaxın Şərqin ən qüdrətli qədim xalqlarından biri sayılan şumerlərlə sıx iqtisadi-mədəni əlaqədə olduğunu göstərir.Tarixi nöqtəyi nəzərdən maraqlı olan faktlardan biri də I əsrdə yaşamış müqəddəs apostol Varfolomeyin missioner yürüşü ilə əlaqədar mənbələrdə Ordubad adının qeyd edilməsidir.Görkəmli tarixçi Fəridə Məmmədova "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası" monoqrafıyasında XIII əsrə aid olan bir sıra mənbələrə əsaslanaraq qeyd edir ki, müqəddəs apostol (həvari) Varfolomey I əsrdə xristian dinini təbliğ edərək Araz çayını keçən zaman həmin ərazidə ilk dəfə olaraq Qoxtan (Ordubad) əhalisi bu dini qəbul etmiş və Varfolomey burada kilsə tikdirərək öz davamçılarından olan Tumsi adlı şəxsi yepiskop təyin etmişdir. Məhz bundan sonra Varfolomey ermənilərə xristianlıq təbliğ etmək məqsədi ilə onların yaşadıqları ərazilərə yola düşmüşdür.Qeyd etmək lazımdır ki, Ordubad ərazisində alban memarlıq üslubuna mənsub olan abidələr hazırki dövrülərə qədər yaşamaqdadır: Yuxarı Əylis kəndində XVII əsr kilsəsi, Aşağı Əylis kəndində XVII əsr müqəddəs Foma məbədi, Unus kəndində XVII əsr monastır buna misal ola bilər.
XVIII yüzilliyin əvvəllərində Naxçıvan bölgəsi digər Azərbaycan torpaqları kimi Səfəvilər imperiyasının terkibinə daxil idi. Məlum olduğu kimi Səfəvilər dövlətində inzibati ərazi vahidi bəylərbəylik idi. Naxçıvan vilayətinin çox hissəsi Çuxursəd (XVII əsrin sonlarından İrəvan adlaınrdı) bəylərbəyliyinin tərkibinə daxil idi. Yalnız Ordubad Azərbaycan (Təbriz) bəylərbəyinə tabe idi. Çuxursəd bəylərbəyliyinin tərkibində Naxçıvan bölgəsi "ölkə" kimi Ustaclu tayfasının idarəsinə verilmişdir.Səfəvilər dövründə Ordubad şəhəri mərkəzi hakimiyyətin himayəçiliyindən də bəhrələnirdi. 1604-cü ildə I Şah Abbasın xüsusi fərmanı ilə Ordubad vergi sahəsində imtiyazlardan istifadə etməyə başlamış, şəhərin əhalisi bütiin dövlət mükəlləfiyyətlərindən azad olunmuşdur. Bu tədbirlər sayəsində əsrin I yarısında Ordubadın iqtisadi, mədəni həyatında nəzərə çarpan canlanma müşahidə edilirdi. I Şah Abbas şəhəri 1606-cı ildə ziyarət etmiş, 1604-cü il fərmanının ilkin nəticələri ilə yaxından tanış olmuşdur. 1607-ci ildə Hatəmbəy Ordubadi şəhərə gəlmişdir. O, dövrün tanınmış dövlət xadimi, mədəniyyət himayəçisi idi. Nəsirəddin Tusinin nəslindən olan Hatəmbəy atasının vəfatından sonra Ordubadın kələntəri vəzifəsinə təyin edilmiş, sonralar Xoy, Yəzd və Şiraz hakimlərinin xidmətində olmuşdur. O, I Abbasın hakimiyyətinin ilk illərində dövlətin maliyyə işlərinə nəzarət etmiş, 1652-ci ildə isə vəzir təyin olunmuşdur. I Şah Abbas Ordubadı soyurqal kimi Hatəmbəyə bağışlamışdır (1606-cı il ziyarətdən sonra). O, şəhərdə geniş abadlıq işləri aparmış, xeyli ictimai bina tikdirmişdir. Hatəmbəy Ordubadi elm, incəsənət xadimlərinə himayəçilik etməsi ilə tanınmışdır.1724-cü ilin sentyabr ayının əvvəllərində Osmanlılar Naxçıvan şəhərini, bir neçə gün sonra -sentyabrın10-da isə Ordubad yaxmlığında Naxçıvan hakimi Mənsur xanın 8 minlik qoşununu darmadağın edərək Ordubad şəhərini əl keçirmişlər.
1735-ci ildə Şimali Azərbaycanın digər yerləri kimi Naxçıvan da Nadir şahın hakimiyyəti altına keçmişdir. 1736-cı ildə Muğan qurultayında özünü şah elan etdikdən sonra Nadir Azərbaycamn inzibati ərazi bölgüsünü dəyişdirmiş, bəylərbəylikləri ləğv edib Azərbaycanın bütün ərazisini vahid Azərbaycan vilayətində (Mərkəzi Təbriz şəhəri olmaqla) birləşdirmişdir və vilayətin idarəsini qardaşı İbrahim xana həvalə edilmişdir.Xanlığın ərazisində iki şəhər mövcud idi: Naxçıvan və Ordubad. O dövrdə Ordubad Naxçıvan şəhərindən kiçik olsa da daha abad və gözəl idi. Naxçıvan ərazisində mühüm mövqe tutan ikinci şəhər-Ordubad XIII-XIV əsrlər mənbələrində və dövrə dair tədqiqat əsərlərində tez-tez xatırlanır. Həmdullah Qəzvini yazır ki, Ordubad bağlar arasında qərq olmuş mahal şəhəridir. Burada əla üzüm, dənli bitkilər və pambıq becərilir. Giya Mazandarani Ordubad şəhərinin adının 2 mln. 600 min dinar (260 tümən) məbləğində Azərbaycan gəlirlərinin toplandığı şəhərlər sırasında sadalamışdır.Həmdullah Qəzvininin məlumatına görə "Azad (və ya Aza) kiçik şəhər olub özünün dənli bitkilər, pambıq və üzüm sahəsindəki məhsuldarlığı ilə məşhurdur, buranın şərabı öz şöhrəti ilə seçilir. Şəhərin suyu Qaban dağlarından gəlir və artığı Araz çayına axır. Buranın insanları ağbəniz və qaba rəftarlıdırlar. Şəhərin vergiləri 18.300 dinardır." XVIII əsrdə Azadgiran nahiyəsinə daxil olan Azad şəhəri müasir Aza kəndinin yerində mövcud olmuşdur.Giran (və ya Keyran) şəhəri də dövrün mənbələrində tez-tez xatırlanır. Yaqut əl-Həməvi Giranın Təbrizlə Beyləqan arasında yerləşdiyini yazır. Hinduşah Naxçıvani bu şəhərin Naxçıvan tüməninə daxil olduğunu xəbər verir. Zeynəddin Qəzvininin məlumatından isə belə qənaətə gəlmək mümkündür ki, Azad və Giran şəhərləri bir-birindən çox da aralı olmamışlar. Bilindiyi kimi, hazırda Giran şəhərinin xarabalıqları Ordubadın 16-17 km qərbində Naxçıvan-Ordubad avtomobil yolunun şimalında Girançayın sol sahilində yerləşir və xalq arasında "Xarabagilan" kimi tanınır. Girandan bir çox məşhur elm və dövlət xadimləri çıxmışlar. Hinduşah və oğlu Məhəmməd Naxçıvanilər və onların nəsli bu baxımdan diqqəti cəlb edir.Vənənd kəndi Naxçıvan tüməninin Giran bölgəsinə daxil idi. Vənənddə Şəmsəddin Məhəmməd Cüveyni (1225-1283) tərəfındən layiqli xanəgah tikilmiş, ona əmlak vəqf olunmuş və Şeyx Sədr əl-həqq, Əhməd bin Əbu Bəkr bin Əbülfərəc əl-Qəzvini əl-Bəkraninin və oğlanlarının idarəsinə verilmişdir. Vənənd də XVIII əsrdə Naxçıvanın Azadgiran nahiyəsinin tərkibində idi.
XX əsrdə dünya ictimaiyyətinin çox hissəsinin qəsbkar kimi tanıdığı erməni millətçilərinin Naxçıvan torpaqlarına yiyələnmək cəhdləri uzun müddət davam etmiş və bu proses Ordubadın da tarixi inkişaf prosesinə təsir göstərmişdir.Statistik məlumatlara əsasən 1828-ci ildə Naxçıvan qəzasında 2185 nəfər erməni və qeyri millətlərin nümayəndələri, ailələri var idisə, 1897-ci ildə ümumi sayı 156536 (yüz əlli altı min beş yüz otuz altı) nəfərdən ibarət olan əhalinin 90397 nəfəri azərbaycanlı, 44604 nəfəri erməni və 1535 nəfəri qeyri millətlər olmuşdur.Ernıənilərin Qafqazda məskunlaşması onların "böyük Ennənistan" imperiyası yaratmaq iştahlarını artırmışdır. Bu məqsədlə də azərbaycanlılar doğma torpaqlarından - Göyçə mahalı, Dərələyəz, Zəngibasar, Vedibasar, Naxçıvan qəzasından və digər mahallardan sıxışdırılıb çıxarılmağa başlanmışlar. Ermənilərin çirkin əməllərindən istifadə edən çar Rusiyası 1905-1907-ci illər inqilabı dövründə imperiyanın bir sıra yerlərində olduğu kimi Zaqafqaziyada da milli qırğınlar törətməyə başlamış, ərazi iddiasında olan erməniləri qızışdırıb azərbaycanlılara qarşı çevirmişlər.
1905-1907-ci illərdə baş verən erməni-azərbaycanlı qırğıınınn dəhşətlərini sonralar təsvir edən, "Qanlı səhnələr" kitabıınn müəllifı Məmməd Səid Ordubadi belə yazırdı:-"Azərbaycanın müxtəlif bölgələrindən və Naxçıvandan aldığım 245-dən çox məktublar nələr söyləmir? Ermənilərin vəhşiliyi o dərəcəyə çatmışdır ki, onlar qocalara, qadmlara, körpələrə rəhm etmir, cavanları və kişiləri qırır, boşalmış kəndlərə, evlərə od vurub yandırırdılar. Qadmları zorlayır, kürəklərinə qaynar samovar bağlayaraq həzz alır, körpələri qundaqda süngüyə keçirərək göyə qaldırıb onun necə can vennəsinə tamaşa edir, kişilərin burun, qulaqlarını kəsib, gözlərini çıxardıb sonra da güllələyirdilər. Hətta köməksiz qalan qadın, qoca və uşaqlar qaçıb məsciddə gizlənərək Allahdan imdad dilədikləri vaxt, ermənilər məscidlərin qapılarını bağlayıb od vuraraq yandırırdılar."Daha sonra əsərdə oxuyuruq: - "...Ordubad rayonunun "Saqqarsu" deyilən ərazisində ermənilər bütöv bir kəndin əhalisini qıraraq doğramış və heç kimə rəhm etmemişlər.Təsadüfən meyitlərin arasında sağ qalan 82 yaşlı bir qoca kişi iki gündən sonra gəlib həmin hadisəni Ordubadda daınşmış və Ordubadın qeyrətli cavanları yığışıb hadisə yerinə gəlmişlər. Burada çoxlu sayda, demək olar ki, bütöv bir kəndin əhalisinin öldürüldüyünü, eybəcər hala salındığını, binalarin yandırıldığını, palaza bükülmüş çoxlu uşaq, qadın meyitlərinin doğranıb eybəcər hala salındıqlarıın, hətta bir daşın dibində 62 nəfər uşaq, qadın meyitlərinin təhqir olunaraq qılıncdan keçirildiklərini görüb bərk sarsılmışdılar. Bu cinayətin törədilməsində çar kazaklarının da köməyi olmuşdur".
1918-ci il mart qırğını daha dəhşətli olmuşdur. Bakıda 3 gün ərzində 10 min nəfər azərbaycanlını qətlə yetirən ermənilər qulağı kəsik Andranikin köməyi ilə Naxçıvan ərazisinə keçərək Naxçıvanın bütün rayonlarında, eləcə də Ordubad rayonunda vəhşiliklər törətmişlər. Naxçıvandakı Nehrəm kəndini mühasirədə saxlayıb heç bir şey edə bilməyən Andranik qəzəbindən Culfanın başqa kəndlərinə hücum edib qətllər törədəndən sonra Yaycı kəndini dağıdıb Ordubadın Aza, Biləv, Tivi, Bist, Parağa, Nəsirvaz kəndlərinə qədər əhalini qıraraq Dırnıs, Vənənd, Unus, Kələki, Əylis kəndlərinə hücum etmiş və Çənnəbdə məskən salmışdır. Tayqulaq Andranikin dəstələri Ordubadda qırğınlar törədərək əhalinin var-yoxunu talayıbtamamilə məhv etmək ərəfəsində Türkiyədən gələn Musa Kazım Qarabəkir Paşa başda olmaqla qəhrəman türk ordusu Naxçıvana girmiş, Duzlaq düzündən atdığı top atəşləri ilə Naxçıvan qəzasında Sərar və Ordubad rayonların tamamilə məhv olmasının qarşısını almışdır". Onlarla türk əsgəri canlarını qurban verərək şəhid olmuşlar. 1919-cu il aprelin 15-dən başlayaraq yenidən Naxçıvan bölgəsinin əhalisi arasında mahalın Ermənistan Respublikasının müvəqqəti (əslində bu məkrli siyasət olub bölgənin ermənilər tərəfindən ələ keçirilməsinə cəhd və bunun üçün müəyyən forma idi) ıdarəçiliyinə verilməsi barədə xəbərlər yayılmağa başlamışdır.
1919-cu il mayın 3-də Naxçıvan bölgəsinin Ermənistan Respublikasımn müvəqqəti "idarəçiliyinə" verilməsi barədə ingilis generalı Devi və İrəvan hərbi dəstəsinin rəisi Dro tərəfindən birgə əmr imzalanmışdır.Torpaqlarının əldən çıxmaqda olduğunu və Azərbaycan hökumətindən hələ ki, elə bir real hərbi yardım ala bilməyən Naxçıvan əhalisi bölgənin ermənilərin müvəqqəti "idarəçiliyinə" keçirilrməsinə qarşı kəskin etirazlar etməyə başlamışlar. Lakin qeyd etmək lazımdır ki, azərbaycanlı əhalinin etirazları elə bir öməli nəticə verməmiş, və ermənilər artıq maym 20-dək bölgənin "idarəçiliyinə" başlamışlar. Yalnız ordubadlılar xeyli müddət müqavimət göstərərək erməni qoşun hissələrini öz ərazilərinə buraxmamışlar. Bunla əlaqədar olaraq baş verən hadisələr barədə Ordııbaddan olan Əhməd Hacı Əli oğlunun 1919-cu ilin iyun ayının 15-də İrəvan Quberniyası Həmyerlilər Cəmiyyəti Tiflis komitəsinin sədrinə təqdim etdiyi mərazədə xeyli maraqlı və faydalı məlumatlar olmuşdur. Bu məruzə əsasında Həmyerlilər Cəmiyyəti katibinin imzası ilə beyanat hazırlanmışdır. Məruzə həmçinin "Ordubad üzərində zorakılıqlar" adı altında "Azerbaycan" qəzetində də dərc olunmuşdur.Tarixi sənədlərdən göründüyü kimi 1919-cu il may aymm ortalarından iyulun sonlarınadək təxminən iki aylıq bir müddətdə Naxçıvan bölgəsində erməni "idarəçiliyi" peyda olmuşdur. Həmin müddət çoxlu mühüm siyasi hadisələrlə zəngin olub naxçıvanlıların ermənilərə qarşı qəhrəmancasına mübarizəsi ilə səciyyələnir.Ermənilərin qısamüddətli "idarəçiliyi" ərzində təkcə Naxçıvan şəhərində 330-dək axtarış aparılmış, 500-600 nəfər həbs olunmuş, 100-150 nəfərə işgəncə verilmişdir. Tezliklə Təbrizdə, Bakıda, Gəncədə, Tiflisdə və s. yerlərdə erməni "idarəçiliyi" tərəfindən Naxçıvan bölgəsində edilən özbaşmalıqlar haqqında çoxlu məlumatlar almmağa başlanmışdır. Naxçıvan bölgəsinin azərbaycanlı əhalisinə qarşı erməni terrorunun əks-sədası artıq bir sıra yerlərdə müəyyən çıxışlara səbəb olmuşdur.
"Erməni idarəçiliyi"nə son qoymaq üçün yerli əhalinin mübarizəsinin təşkili, onun qələbə ruhu və əzminin yüksəldilməsi məqsədilə repressiya tədbirlərinin qarşısını almağa çalışaraq nüfuzlu şəxslərin bölgədən çıxarılmasına mane olmaqla yanaşı, vaxtilə oranı tərk etmiş görkəmli xadimlərin də tezliklə geri dönməsinə səylər göstərmək lazım gəlirdi. Məhz bu niyyətlə də Naxçıvan Milli Müsəlman Şurasının nümayəndəsi M.Bağırov 1919-cu il iyun ayının sonunda Tiflisdə F.Vəkilovla görüşmüş, Qarabağın general qubernatoru X.Sultanovun məktubunu ona çatdırmışdır. Bu məktubda Tiflisdəki naxçıvanlıların öz vətənlərinə qayıtmalarına yardım göstərilməsi xahiş olunurdu. Görüşdə M.Bağırov Naxçıvan qəzasına Azərbaycan hakimiyyətini qaytarmaq üçün hər şeyin hazır olduğunu, Tiflis və Bakıdakı naxçıvanlıların geriyə qayıtmalarının böyük mənəvi əhəmiyyətini və əhalinin ruh yüksəkliyinə çox müsbət təsir edəcəyini, buna görə də bu sahədə təkidlə çalışmağın vacibliyini bildirmişdir.İngilislərin regiondan getmələrinə dair hələ 1919-cu ilin may ayında yayılan xəbərlər yayda xeyli çoxalmışdı. "Azərbaycan" qəzeti etibarlı mənbələrdən ingilis qoşunlarının yalnız avqustun 15-dək Qafqazda qalacaqlarına dair məlumat əldə etmişdi. Onların Azərbaycanı, o cümlədən də Naxçıvan bölgəsini tərk etmələrinə dair xəbərlərin reallaşmağa doğru getməsi yerli əhalinin narahatçılığını daha da artırırdı, Ermənilər isə yaranmış məqamı əlverişli sayaraq bölgəni tamamilə ələ keçirmək üçün bəd əməllərə baş vururdular. Öz növbəsində yerli əhali də müdafiə səciyyəli tədbirlərlə yanaşı erməniləri bölgədən birdəfəlik qovmaq üçün bir sıra işlər görürdü. Bütün bu qarşılıqlı hazırlıq bölgədəki erməni "ağalığı"nın son həftəsində, yəni 19-25 iyulda çox ciddi silahlı toqquşmalara səbəb oldu, nəhayətdə isə düşmən hərbi hissələrinin bölgədən çıxarılması ilə nəticələndi. Qıvraq kəndindən kömək gəlməsilə xeyli qüvvətlənən şəhər əhalisi iyulun 25-də ermənilərin Əlixanlı məhəlləsinə hücumunun qarşısını aldı, onları əzərək biabırcasına qaçmağa və Yeni Bayazid qəzasının sərhədlərinə çəkilməyə məcbur etdi. Bununla da iyul ayınm 25-i bölgənin ermənilərdən xilas edilməsi uğrunda mübarizə tarixində ən önəmli günlərdən biri oldu.Beləliklə, Naxçıvan bölgəsindəki "erməni idarəçiliyi" iflasa uğramış və biabırçılıqla başa çatmışdır.
Qeyd etmək lazımdır ki, sovet rejimi dövründə Moskvada "oturan" bir sıra hökumət işçiləri ermənilərin təsiri altında uzunmüddətli xüsusi siyasət irəli sürmüşlər. Bu siyasətin acı nəticələri hazırda Azərbaycan Respublikasının ərazi göstəricisində özünü açıq şəkildə biruzə vermişdir. Qafqaz regionunda türk millətinin yaşadığı dövləti sıxışdıraraq imperiya siyasəti yürütmək, bununla da Türkiyənin və qərbin nüfuzunun qarşısını almağa nail olmaq ermənilərin əsas hərəkət istiqamətlərini təşkil etmişdir.1929-cu ildə Naxçıvan MSSR-nin Şərur qəzasının Qurdqulaq, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorcevan kəndi, habelə Kilit kəndi torpaqlarıınn bir hissəsi Ermənistana qatılmışdır. 1930-cu ildə isə Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Ermənistanın hazırkı Mehri rayonu yaradılmışdır.Beləliklə, 1926-cı ildə 5988 km2 ərazisi olan Naxçıvan MSSR 1933-cü ilin əvvəlində 5329,6 km2 əraziyə malik idi.