Ordubad quru meyvələri
ordubad quru meyvələri çox məşhurdur ballıblablalba Daha ətraflı →
ordubad quru meyvələri çox məşhurdur ballıblablalba Daha ətraflı →
Zeynalov Fərhad Ramazan oğlu (22.06.1929, Ordubad şəhəri - 16.10.1984, Bakı; Ordubadda dəfn olunmuşdur) –türkoloq, dilçi. Filologiya elmləri doktoru (1966), prof.(1968). Azərb. Dövlət Un-tinin (indiki BDU) fillogiya fakültəsini Daha ətraflı →
Ordubad Şəhərinin Kəhrizləri Ordubad öz gözəlliyi,abı-havası,təbii sərvətləri,meyvəli bağları,özünə məxsus qədim tikililəri və təkrarı olmayan kəhriz abidələri ilə respublikamızdan kənarda da şan-şöhrət tapmış qədim yaşayış məskənidir.
Ordubadın tarixi olduqca qədimdir.Bir çox qaynaqlarda, o cümlədən,fars,türk,erməni,gürcü və Avropa mənbələrində Ordubad haqqında məlumat verilir.Tarixi mənbələrdə onun adı tez-tez xatırlanır,ancaq adın mənşəyi haqqında yekdil fikir söylənmir.Tədqiqatçıların fikrinə görə Ordubadın adına ilk dəfə VII əsr yazılı mənbələrində rast gəlinmişdir (21,II c.s.202).
Qədim türk dillərində «ordu» sözü «xaqanın yaşadığı yer,mərkəz» mənasında açıqlanır.Həmdullah Qəzvini şəhərin adını Ordubad,alman alimi və səyyahı A.Oleari isə Ordoğat şəklində yazır,ancaq adın mənşəyinə toxunmurlar.A.Həsənov və Q.Qeybullayevin fikrincə,Ordubad sözü türk mənşəli ordu və fars mənşəli abad komponentləri əsasında yaranmiş hibrid addır.(3,s.175-176).
Göründüyü kimi,müxtəlif söz və ifadələrlə deyilməsinə baxmayaraq tədqiqatçıların əksəriyyəti bu adın məna açımına eyni mövqedən yanaşır,yəni sözün daha çox «xanın iqamətgahı», «ordunun yerləşdiyi ərazi», «düşərgə yeri», «ordunun batırıldığı yer», «ordunun abad etdiyi yer» və s. anlamları işləndiyini vurğulayırlar (3,s.176).
Mənbələrdə 70 kəhrizi və məscidi ilə tanınan Ordubad şəhərinin su təchizatı və kanalizasiya sistemi,analoqu olmayan şərq memarlığı üçün xarakterik mədəniyyət abidəsidir.
Orta əsr şəhərlərinin xarakterik xüsusiyyətlərini özündə əks etdirən Ordubad şəhəri Səfəvi hökmdarları I şah Abbasın baş vəziri təyin edilən ordubadlı Hatəm bəyin dövründə daha da inkişaf etmiş və burada bir-birini tamamlayan nadir memarlıq abidələri yaranmışdır(13).
Orta əsrlərdə planlı şəkildə salınmış Ordubad şəhərinin mərkəzi meydanında və onun məhəllələrlə birləşdirən küçələrində məscid və kəhriz abidələri inşa edilmişdir.
Məhəllə meydanları şəhərin baş meydanından həm ölçüsünə,həm də tikililərinə görə fərqlənir.Ordubadın məhəllə meydanları xüsusi məharətlə inşa olunmuşdur.Məhəllə meydanları bir-biri ilə ensiz küçələr vasitəsilə birləşir.Hər bir meydanda məhəllə məscidi salınmış,onun qarşı tərəfində çinar ağacı əkilmiş,çeşmə çəkilmişdir.Bu üç abidə məhəllə mərkəzinin əsasını təşkil edirdi.Məhəllə evlərinin hər biri suyu mərkəzi çeşmədən və ya qırxpillədən götürərdi.Məhəllə kəhrizinin digər məhəllə kəhrizləri ilə də əlaqəsi olurdu.
Orta əsrlərdə şəhərlərin salınmasında su təchizatı ilə yanaşı şəhərin kanalizasiya sisteminə və yaşıllıqlarına da xüsusi fikir verilərdi.Şəhər əhalisini içməli su ilə təchiz etmək və şəhərin yaşıllıqlarını suvarmaq üçün süni su mənbələrindən yəni kəhrizlərdən istifadə edirdilər.Şəhər kəhrizləri strateji cəhətdən də əlverişli mövqe tuturdu.Düşmən mühasirəsində olan şəhərin əhalisinin suya olan tələbatı da yalnız kəhrizlər vasitəsilə həll edilirdi.
Ordubad şəhərinin yeganə su mənbəyini Ordubad və Gənzə çayları və onların məcrasının yeraltı axınlarından qidalanan kəhriz sistemləri təşkil edir.
Əsasən Ordubad və Gənzə çaylarının yeraltı axınlarından qaynaqlanan Ordubad şəhərinin su təchizatının həllində ərazinin mühəndis-geoloji və hidrogeoloji xüsusiyyətləri kankanların min illik təcrübələrində nəzərə alınmışdır.
Yayda çaylar quruduqları vaxt yeganə etibarlı və təmiz su mənbəyi olan kəhrizlərdən istifadə olunur.
Bu barədə T.Bünyadov yazır: «Ordubad Azərbaycanda ən qədim və ən çox çeşməsi olan şəhərdir.
Hələ XVII əsrdə yaşamış Məhəmməd Müfid Mustofi Ordubad şəhərində 70-dən çox çeşmənin olduğundan xəbər verir (6,s.286-287).
Ordubad kəhriz sistemləri üzərində olan «qırx pillənin» əksəriyyəti mühəndis və hidrotexniki prinsiplərə riayət olunmaqla inşa edilmişdir.Şəhərdə kəhrizlərin inşası və onlardan istifadə edilməsi üçün «qırx pillələr»in yerləşdirilməsi yüksək məharətlə həyata keçirilmişdir.Bunu Hacı Abtalıb,Hacı Tağı,Hacı Fəttah,Hacı Abbas,Dilbər çeşməsi,Mingis çeşməsi,Sərşəhər çeşmələri,Nəhər çeşməsi,Əngəc çeşməsi və başqalarının timsalında aydın görmək olar.
Kəhrizlərin həm qidalanma zonalarında,həm də sudan istifadə yerlərində yüksək sanitariya mədəniyyəti normalarına riayət olunumuşdur.Yəni kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunur ki,oraya heç bir yerüstü axınlar və çöküntülər daxil ola bilmir.Xüsusilə kanalizasiya suları və «ayaq yolları» həyətlərdə elə yerləşdirilmişdir ki,onların kəhriz kürələrinə axması tam imkansızdır.
Ordubad şəhərindəki həyətlər elə planlaşdırılmışdır ki,orada kəhrizlərin hesabına həmişə əlverişli mikroiqlim təmin olunur.Kəhrizlərin çıxışında yerləşən həyətlərdə kəhriz suyundan olduqca səmərəli istifadə edilir.Orada kəhriz suyu səliqəli arx vasitəsi ilə həyəti dolanır,hıyıtdıki hovuzun dodlurulmasını təmin edir və qonşu həyətə ötürülür.
Məhəllələrdə qoyulmuş «qırxpillə»lər yalnız su götürmək üçün istifadə olunur.Məhəllə «qırxpillə»ləri nisbətən sadə və əsasən yerli daşdan istifadə olunaraq tikilmişdir.
Kəhrizlərin yer səthinə çıxışından sonra onlardan məişət və suvarma məqsədi üçün istifadə edirlərşOrdubadın məhşur kəhrizlərindən Döyənək,Hamam,Mingis,Nəhər,Sərşəhər,Qara hovuz,Əngəc və s. çeşmələrinin çıxışlarında bunu görmək mümkündür.
Ordubad şəhərində kəhriz sistemindən üç formada istifadə olunur:
- Birincisi,kəhriz kürələri 8-12 m dərinlikdən keçən məhəllələrdə su əldə etmək üçün maili istiqamətdə lağımlar qazılır və onların hər birindən həyətlərdə kəhriz kürəsinə enib su gətirmək mümkün olur.Belə maili enmə qurğularına yuxarıda deyildiyi kimi el arasında «qirx pillə» və ya «qırx ayaq»da deyirlər.
Əslində «qirx pillə» sözü şərtidir,yəni dərinlikdən asılı olaraq pillələrin sayı müxtəlif lsada əhali bu adı hər yerdə kəhriz termini kimi istifadə edir.Riyazi məntiqdə isə, «qirx pillə»nin hər pilləsinin hündürlüyünü 20 sm hesablasaq,onda 8 metr dərinliyə enmək üçün pillələrin sayı 40 ədəd olar..Beləliklə qırx pillə sözü buradan yaranmışdır.Məhz bu ad Ordubaddakı kəhrizlərin orta dərinliyinin 8 metrə yaxın olması ilə də təsdiq edilir.(14,s.37-41).
Ordubad şəhərində inşa edilmş «qirx pillə»lərin pillələrinin düzülüşü həyətin və evin yerləşməsinə,relyefə və quruntların mexaniki tərkibinə görə bir başa enən,dönən,dönərək birbaşa kəhriz tağbəndinə girə bilən frmalarda rast gəlinir.Dərinlikdən asılı olaraq onların pillələrinin sayı on pillədən qırx pilləyədək olur.
-İkincisi istifadə forması məhəllələrdə qoyulmuş qırxpillələrdir.Onlardan yalnız su götürmək üçün istifadə olunur.Məhəllə qırxpillələri nisbətən sadə və əsasən yerli materiallardan yəni çay və dağ daşlarından istifadə olunaraq tikilir,ensiz dar pillələrin yuxarısı ya kərpiclə çatma tağ frmasında,ya da sadə formada düz sal daşlarla örtülür,üzəri torpaqlanırdı.
-Üçüncüsü,kəhrizlərin yer səthinə çıxışından snrakı istifadə edilməsidir.Kəhrizlərin çıxışında sudan həm içmək,həm də suvarma məqsədi üçün istifadə olunur.Ümumiyyətlə,Ordubad həyətlərində kəhriz sistemi hesabına həmişə əlverişli mikro iqlim təmin olunur.Kəhrizlərin çıxışında su səliqəli arx vasitəsi ilə həyəti dolanır,həyətdəki hovuzun doldurulmasını təmin edir və qonşu həyətə ötürülür.
Yenə burada suyun müqəddəsliyi,onun təmizliyinin qorunması xüsusi diqqət mərkəzində durur.
Quruluşuna görə Ordubad kəhriz sistemlərində «Qirx pillə»lər elə tikilmişdir ki, onların üzərində olan yüklərin (binaların,hasar divarlarının və s.)ağırlığının paylanması,ventilyasiya və işıqlanma məsələləridə məharətlə həll edilmişdir.Həyət sahiblərinin maddi vəziyyıtinə görə qazılmış «qirx pillə»lərin memarlıq və inşaat üslüblarıda müxtəlifdir.
Kəhrizlər üzərində «qirx pillə» adı ilə məşhur olan bu qurğular əhalinin suya olan təlabatını ödəmişdir.Konstruktiv quruluşuna görə onları memarlıq abidəsi hesab etmək olar.Yer səviyyəsindən aşağıda,torpaq qatı altında yerləşsələrdə bu abidələrin hər biri öz memarlıq quruluşu ilə biri-birindən fərqlənir.
Kəhriz tikdirən hər bir şəxs başqa kəhriz sahibi ilə bəhsə girərək,daha bacarıqlı usta və kənkan dəvət etməklə,memarlıq quruluşuna və görkəminə görə digərindən fərqlənən mürəkkəb quruluşlu memarlıq abidəsi yaratmağa çalışmışdır (17).
Ordubad şəhəri kəhrizləri üzərində inşa edilmiş «qirx pillə»lərin əksəriyyəti iş pirinsipinə görə bir-birinə uyğun olsalarda,onların memarlıq quruluşları bir-birini təkrarlamır.Bunu kəhriz sahiblərinin maddi vəziyyətindən,imkanlarından,vəzifələrindən,həyətin yerləşdiyi ərazinin relyefindən və quruntların litoloji tərkibindən,yatım vəziyyətindən asılı olması ilə də izah etmək olar.Ordubad şəhərində Hacı Fəttah,Hacı Tağı,Hacı Abutalıb, «Sərşəhər»,«Pənci»,«Meyrəmçə»,«Mingis»,Məmməd Sadıq, «Qirx ayaq» və s. kəhriz sistemləri üzərində rast gəlinən «Qirx pillə»lərin hər biri özlüyündə bir memarlıq abidəsidir.Təəsüflər olsun ki,onları inşa edən kənkan-memarlar haqqında heç bir məlumata rast gələ bilməmişik.
Həyətlərdəki «Qirx pillə»lərə çatma tağ formalı pilləli keçidlə yenmək olur.Belə «qirx pillə»lilərin əksəriyyəti yerli materiallardan(dağ daşı,qənbər daşı və kvadrat kərpiclə (19x19x5sm, 20x20x5sm) çox mürəkkəb quruluşlu konstruksiya ilə inşa olunub.Kəhrizin xətti üzərində kvadrat,düzbucaqlı çatma tağ formalı və kvadrat,səkkizguşəli sferik günbəzlə örtülmüş kameralar inşa edilmişdir.Bəzi kəhrizlərdə bu günbəz tağtavan forması alır. «Qırx pillə»nin günbəzlərinin mərkəzində dairəvi formada və günbəzin jənarında yerləşdirilmiş 40x40 sm ölçüdə işıqlanma istiqamətində daxilə genişlənən konusvari açıq pəncərələr qoyulmuşdur.Bu pəncərələr həm də ventilyasiya rolunu oynayır.
«Qırx pillə»nin işıqlanma sistemi həm enən pilləkənləri,həm də kəhrizin su götürülən yerini işıqlandırır. «Qırx pillə»nin kəhrizlə birlə.diyi yerdə 50x60 sm ölçüdə dərinliyi 30 sm olan hövuz tikilmişdir.Bu hövuzun yanında səhəng doldurmaq üçün mis parç qoyulmuşdur.Başqa qabların suya salınması və qabların yuyulması günah sayılır və əhali bu qaydalara ciddi riayət edir.
İsti yay günlərində əhali kəhrizlərdən soyuducu kimi də istifadə edir. «Qırx pillə»-də xarab olmaq təhlükəsi olan ərzaq ehtiyatını saxlamaq üçün müxtəlif ölçülərdə taxçalar da inşa olunmuşdur.
Ölçüsü 2x2 m və ya 2x3 m olan belə yerlərdə həmişə sabit temperatur (+8-10˚)olduğundan ərzaq ilin fəslindən asılı lmayaraq xarab olmur.Şəxsi həyətlərdəki «Qırx pillə» həm su təchizatı,həm ərzaq saxlamaq üçün soyuducu,həm də təbii sərinləşdirici,ventilyasiya xidmətlərini yerinə yetirir (30).
Ordubad şəhərində bu gündəlik gəlib çıxmış «qırxpillə»abidələrindən «Abbas bəy» ,«Məmməd Sadıq», «Şıxəli xan», «Ağa Əli»,«Şai»,«Qırxayaq»
Və s. kəhrizlər təkrar olunmayan kəhriz-memarlıq abidələridir.