Ordubad quru meyvələri
ordubad quru meyvələri çox məşhurdur ballıblablalba Daha ətraflı →
ordubad quru meyvələri çox məşhurdur ballıblablalba Daha ətraflı →
Zeynalov Fərhad Ramazan oğlu (22.06.1929, Ordubad şəhəri - 16.10.1984, Bakı; Ordubadda dəfn olunmuşdur) –türkoloq, dilçi. Filologiya elmləri doktoru (1966), prof.(1968). Azərb. Dövlət Un-tinin (indiki BDU) fillogiya fakültəsini Daha ətraflı →
Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir. Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kesişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir:
Ambaras Məhəlləsi -

Kürdatal Məhəlləsi -
Ordubad şəhərində qədim yaşayış məhəlləsidir.Ordubadçayının sol sahilində yerləşir.Hazırda məhəllənin meydan şəklində düzəldilmiş mərkəzində məscid,bulaq və s.yerləşir.Məlumata görə,Kürdətar məhəlləsinin meydanındakı çinar çox qədimdir.Mənşəcə fransız olan tarixçi-etnoqraf İ.İ.Şopen (19 əsr) məhəllədəki meydanlardan dördbucaqlı Kürdətar meydanını şəhərin ən yaxşı meydanı adlandırmışdır.
Üçtürəngi (Üçtürləngə,Hüştərəngi) Məhəlləsi –
Ordubad şəhərində qədim məhəllələrdən biridir.Gənzə çayının şərq sahilində yerləşir.18 –ci əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyyəsindəki Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir.Hazırda məhəllənin meydan şəklində düzəldilmiş mərkəzində məscid,çeşmə,dükanlar və s.tarixi memarlıq tikililəri var.
Mingis (Məngis) Məhəlləsi –
Ordubad şəhərində qədim məhəllə.Ordubad çayının sol sahilindədir.Adı mingislilərlə,yəni,müəyyən tarixi,iqtisadi əlaqələr nəticəsində Mingis adlanan yerdən köçüb gələnlərlə əlaqədardır.18- ci əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir.Mənbələrin yazdığına görə,məhəllənin kiçik meydandan ibarət mərkəzində məhəllə məscidi,kəhriz,xırda dükanlar yerləşirdi.Mingis meydanı orta əsr məhəllə meydanının gözəl örnəyi kimi keçmiş cəhətlərini qoruyub saxlamaqla,buradakı məscid və bazar bitkin,vahid kompleks təşkil edir.
Sərşəhər Məhəlləsi – Ordubad şəhərində qədim məhəllə.Ordubadçayının sol sahilindədir. “Sərşəhər” sözü, “şəhərin başı,mərkəzi” mənasındadır.Burada qədim tikililərə daha çox təsadüf edilir. 18- ci əsrin əvvəllərində Naxçıvan sancağının tərkibinə daxil olan Azadciran nahiyəsi Ordubad qəsəbəsinin məhəllələrindən biri kimi adı çəkilir.Hazırda məhəllənin meydan şəklində düzəldilmiş mərkəzində məscid,bulaq və digər tarixi-memarlıq tikililəri var.Sərşəhər orta əsr məhəllələrinin gözəl örnəyi kimi keçmiş cəhətlərini qoruyub saxlamaqla,buradakı məscid (bax Sərşəhər məscidi),örtülü bazar bitkin kompleks təşkil edir.
Sərşəhər
meydanı (Şəşəri) Bundan başqa bu zonalarda
nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər",
"Əngəç", "Qarahovuz
başı", "Əsgərxan", "Varsan", "Körpübaşı",
"Bəylər", "Meyrəmçə", "Peçi", "Düz",
"Qoşqar",
"Musa təngi". Ordubadın yaşayış evlərinin
memarlıq üslubu Azərbaycanın digər zonalarmm heç birində rast gəlinmir. Burada
xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini
özündə əks etdirən
evlərin planı çox rəngarəng və özünəməxsusdur.
