Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Zeynalov Fərhad Ramazan oğlu (22.06.1929, Ordubad şəhəri - 16.10.1984, Bakı; Ordubadda dəfn olunmuşdur) –türkoloq, dilçi. Filologiya elmləri doktoru (1966), prof.(1968). Azərb. Dövlət Un-tinin (indiki BDU) fillogiya fakültəsini Daha ətraflı →
Abdal – Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır.Hünd.1925 m.
Ağrı dağı –Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Əylis çayı ilə Ordubadçayının suayrıcında,Nüsnüs kəndindən 1 km şimal-qərbdədir.Hünd.2321 m.
Acıçeşmən –Ordubad rayonu ərazisində dağ.Zəngəzur silsiləsindədir.Hünd.2099 m.Adə yamacındakı duzlu,acı dadlı çeşmə ilə əlaqələndirilir.
Alçalan dağı –Gilançay dərəsinin sağ yamacındadır.Hünd 1247 m.Şimal-şərq və şərq yamacları sıldırımdır.
Arısu –Əylis çayının sağ sahilində,Aşağı Əylis kəndindən 1,5 km şimal qərbdədir.Hünd.1400 m.Relyefdə gümbəzvarı yüksəklik əmələ gətirir.

Ayçınqıl,Ayçonqal –Ordubad rayonu ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Parağaçayın mənbə hissəsindədir.Hünd.3307 m.Sıldırım yamaclı,konusvarıdır.Eosenin çökmə vulkanogen süxurlarından təşkil olunmuşdur.
Ayçınqıl Aşırımı – Zəngəzur silsiləsində aşırım.Hünd.3362 m
Ayıdərəsi – Zəngəzur silsiləsindən cənub-qərb istiqamətdə ayrılan Xəzəryurd yan qolunun suayrıcında zirvə.Hünd.3115 m
Azərməscidi Aşırımı – Zəngəzur silsiləsinin cənubunda,Ordubad rayonunu ərazisində aşırım.Hünd.3460 m.Səthi qayalıq və çəmənlikdir.Vənənd və Ordubad çayları A. A.yaxınığından başlanır.
Bibqətəl –Ordubad rayon ərazisində dağ
Cindağ –Zəngəzur silsiləsinin cənub- qərb yamacında,Parağa kəndindən 3,5 km cənubdadır.Hünd.1779 m.Konusvarı formadadır.Cənub yamacı sıldırımdır.
Çaxmaqlıdağ –Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Bist kəndindən 2 km şimal-qərbdədir.Hünd.2018 m.
Daşbaşı Dağı – Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Düylün çayının sağ sahilində,Çənənəb kəndindən 3 km şimal-qərbdədir.Hünd 1708 m.
Dəlik Dağ (DəlikDaş)- Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Düylün çayının sol sahilindədir.Hünd.1782 m.Cənub və şərq yamacları sıldırımdır.
Dəmirli Dağ – Zəngəzur silsiləsinin suayrıcında zirvə.Əlincə çayının mənbə hissəsindədir.Hünd.3368 m.Konusvarı formadadır.
Dəvəboynu Dağı – Zəngəzur silsiləsi suayrıcında zirvə.Hünd.3563 m.Gilançayın mənbə hissəsindədir.Konusvarı frmadadır.Eosenin vulkanogen çökmə süxurlarından təşkil olunmuşdur.
Diri Dağ – Zəngəzur silsiləsinin cənub –qərb yamacında,Vənənd çayının sol sahilində,Pəzməri kəndindən,1,5 km şərqdədir.Hünd.2528 m.Günbəzvarı formadadır.
Donuzqıran Dağ- Zəngəzur silsiləsinin su ayrıcında zirvə.Hünd. 3392 m.Sıldırım yamaclı,konusvarı formadadır.
Elti Dağı – Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Biləv kəndindən 1 km cənubdadır.Hünd.1593 m.Konusvarı formalı,sıldırım yamaclıdır.
Eşşəkmeydan Aşırımı – Zəngəzur silsiləsinin suayrıcında aşırım.Hünd.2862 m.
Ələngəz Dağ – Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır.Hünd.2369 m.Günbəzvarı formadadır.
Ərindərə - Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır.Hünd.1360 m.

Əyri Dağ – Zəngəzur silsiləsinin suayrıcında zirvə.Gilançayının yuxarı axınındadır.Hünd.3126 m.Günbəzvarı formadadır.
GƏAMİQAYA – Ordubad rayonu ərazisində,Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Hünd.3725 m.Sıldırım yamaclı,konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan təşkil olunmuşdur.Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş,hətta burada təbii məbədlər meydana gəmişdir.(bax Bibqətəl piri).Adı Nuh əfsanəsi ilə bağlıdır.Yalçın,şiş qayalı zirvəsi daim qarla,ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir.Görünür,belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına(3904) xalq arasında Gəmiqaya adı verilmişdir.Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli,fantastik görünüşü ilə insanı heyrətə gətirir.Burada e.ə 3-1-ci minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar(qədim yazılar) var.
Haramı(Hərəmi) –Ordubad rayonu ərazisində,Zəngəzur silsiləsinin cənub-qərbində dağ.Hünd.1316 m.Biləv kəndindən 4 km cənub-qərbdədir.Bununla yanaşı,Haramı aşırımının hünd.1290 m.
Xarxat Dağı – Ordubad rayonu ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb hissəsinin suayrıcında zirvə.Hünd.2378 m.kilit kəndindən 2 km şimaldadır.Sıldırım yamaclı və konusvarı formadadır.
Xaşlı Dağ –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə.Hünd.2686 m.Konusvarı formadadır.Cənub yamacı sıldırımdır.
Xəzəryurd Dağı –Ordubad raynu ərazisində dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Nəsirvaz çayı ilə Parağaçayın suayrıcında zirvə.Nəsirvaz kəndindən 4,5 km şərqdədir.Hünd.3173 m.Genbəzvarı formadadır.Xəzərlərin adı ilə bağlıdır.
Xoşkeşin Silsiləsi –Ordubad rayon ərazisində dağ silsiləsi.Zəngəzur silsiləsinin cənub-qərb yamacındadır;Parağaçayla Düylünçayın suayrıcısını təşkil edir.C.-q. Istiqamətində uzanır.Uz.4,5 km.Ən yüksək zirvəsinin hünd.2677 m.

Karqaya –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Biləv kəndindən 2 km şərqdədir.Hünd.1372 m.Günbəzvarı formadadır.
Kotam –Ordubad rayon ərazisində dağ.Ktam kəndindən 4 km şimal-şərqdə,Zəngəzur silsiləsinin cənub –qərb yamacındadır.Hünd.2821 mşSıldırım yamaclı konusvarı zirvədir
Kömür Dağ –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Hünd.3364 m.Konusvarı formalı və sıldırım yamaclıdır.
Qala Dağ –Ordubad rayon ərazisində dağ.Gilançayının sağ sahilində,Biləv kəndindən 3 km cənub-qərbdədir.Hünd.1349 m.Sıldırım yamaclı və konusvarı formadadır.
Qamırqala Dağı – Ordubad rayon ərazisində dağ.Düylünçayının sağ sahilində,Çənənəb kəndindən 2 km cənub qərbdədir.Hünd.1479 m.Qərb və cənub qərb yamacları sıldırımdır.
Qapıcıq –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin və eyni zamanda Kiçik qafqazın ən yüksək zirvəsi.Hünd.3904 m.Oxçuçay ilə Gilançayının suayrıcındadır.Eosenin vulkanagen çökmə süxurlarından təşkil olunmuşdur.Yamaclarında qədim buzlaq relyefi formaları(troq,kar,moren),zirvəsində daimi qar(3-4 m qalınığında)var.Qapıcıqın cənub və cənub-qərb yamacındakı yaylaqlarda(Qaranquş yaylağı,Nəbi yurdu)saysız-hesabsız qaya parçaları üzərində Gəmiqaya qədim təsviri sənət nümunələri həkk olunmuşdur(bax Gəmiqaya rəsmləri)Gəmiqayadan şərqə gedən yolun qapısı burada olduğundan,görünür,ulu nəsillər buna əsasən dağı Qapıcıq adlandırmışdır.

Qarakəmər Dağ –Ordubad rayon ərazisində dağ.Gilançayın sağ sahilində,Gilançay kəndindən 4 km şimal-qərbdədir.Hünd.1153 m.
Qaranquş Dağı –Ordubad rayonu ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Tiviçayının mənbə hissəsində,Ağ dərə filiz yatağından 1,75 km şərqdədir.Hünd.3147 m.Sıldırım yamaclı,konusvarı formadadır.Eosen və Oliqosen yaşlı vulkanogen süxurlardan təşkil olunmuşdur.
Qarapir dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsindən cənub-qərb istiqamətdə ayrılan Xəzəryurd yan silsiləsinin suayrıcında zirvə.Nəsirvaz kəndindən 3 km cənub-şərqdə,Tivi çayının sağ sahilindədir.Hünd.2674 m.Sıldırım yamaclı və konusvarı formadadır.
Qazangöl dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Nəsirvaz çayının mənbə hissəsindədir.Hünd.3829 m.Sıldırım yamaclıdır və kəskin parçalanmışdır.Eosenin vulkanogen süxurlarından təşkil olunmuşdur.
Qız-Gəlin dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsindən cənub-qərbə doğru ayrılan yan silsilənin suayrıcında zirvə.Hünd.3017 m.Tiviçayın mənbə hissəsindədir.Konusvarı formadadır.Gilançay və Əlincəçay vadilərində yaşamış qədim əkinçi-maldar tayfaların əsas yaylaq yeri olmuşdur.
Qoşundaş dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə.Hünd.1842 m.Gilançayla Nəsirvaz çayının suayrıcında,Bist kəndindən 1 km şimal-şərqdədir.

Qurdtəpəsi Dağı –Ordubad rayonu ərazisində dağ.Vənənd çayının sağ sahilində,Düylün ilə Vənənd çaylarının suayrıcındadır.Hünd.1438 m.Abşeron yaşlı flüvioqlasial çöküntülərlə(qədim buzlaqların əriməsi nəticəsində çayların gətirdiyi çay daşları)örtülmüşdür.Müasir relyefdə günbəzvarı formaya malikdir.
Quşdaş Dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində ayrılan yan silsilənin suayrıcında zirvə.Nəsirvaz çayının sol sahilindədir.Hünd.1845 m.Günbəzvarı formadadır.
Masnis dağı – Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Parağaçay dərəsinin sl yamacındadır.Hünd.2081 m.Günbəzvarı formadadır.
Meşəyal dağı –ordubad rayonu ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə.Hünd.2359 m.Nürgüt kəndindən 2 km şimaldadır.Günbəzvarı formadadır.
Nabat dağ –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Gilançayın mənbə hissəsindədir.Hünd.3393 m.Konusvarı formalı və sıldırım yamaclıdır.
Nəbiyurd Dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Nəsirvaz kəndindən 2,5 km cənub-şərqdədir.Hünd.2725 m.Konusvarı formalı,sıldırım yamaclıdır.Eyni adlı Nəbi Yurdu Gəmiqayanın cənub-şərq yamacında,dəniz səviyyəsindən təqr.3000 m yüksəklikdədir.Naxçıvançay,Əlincəçay,Gilançay vadilərində yaşamış qədim əkinçi-maldar tayfaların əsas yaylaq yeri olmuşdur.Tədqiqatlar nəticəsində Nəabiyurdu ərazisi,buradakı qayaüstü təsvirlər,qədim və orta əsrlərə aid qəbir abidələri və yaşayış yerlərindən əldə olunmuş materiallar e.ə 2-1-ci minilliklərdə Naxçıvan bölgəsində yaşamış əhalinin həyat və məişət tərzini,mədəni inkişaf yollarını izləməyə imkan verir.
Novdərə dağı –Ordubad rayon ərazisində dağ.Gilançayın aşağı axınında,onun dərəsinin sol yamacında,Gilançay kəndindən 1 km şimal-şərqdədir.Hünd.1092 m.
Novuşbaşı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Parağa kəndindən 3,5 km şimal-qərbdədir.Hünd.1600 m.
Oyuqlu dağ –Ordubad rayon ərazisində dağ.Düylünçayı ilə Gilançayın suayrıcında,Düylün kəndindən 3 km şimal-şərqdədir.Hünd.1182 m.konusvarı formadadır.
Piyazbaşı dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə.Düylünçayla Qaplançayın suayrıcında,Urmis kəndindən 2,75 km cənub-şərqdədir.Hünd.808 m.
Plov dağı- Ordubad rayon ərazisində eyni adlı dağın cənub ətəyində ilk Tunc dövrünə aid abidə.Aşkar olunmuş qəbirlər düzbucaqlı kameralardan ibarət olub,daşdan tikilmişdir.Örtüyü ağac və üstündən xırda daş plitlərdən ibarət idi.Qəbirlərdə sağ böyrü üstə qoyulmuş skelet,boz rəngli geniş ağızlı qab,çaxmaqdaşından x ucu və balıqulağından düzəldilmiş muncuq tapılmışdır.
Potikingədik dağı – Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Girdəni çayı ilə Düylün çayının suayrıcında,Urmis kəndindən 1,5 km cənub qərbdədir.Hünd.2478 m.Günbəzvarı formadadır.
Sarıdərə dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Azərməscidi və Ayçonqal aşırımlarının arasındadır.Hünd.3754 m.Konusvarı formalı və sıldırım yamaclıdır.Vənənd çayı Sarıdərənin cənub-qərb yamacından başlanır.
Sarıqqaya dağı-Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Tivi çayı ilə Gilançayın suayrıcında zirvə.Tivi kəndindən 250 m şimaldadır.Hünd.1723 m.

Səpərdərə Dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Qapıcıq və Yağlıdərə dağlarının arasındadır.Hünd.3827 m.
Sərki Dağ- Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında zirvə.Əylisçayla Ordubaçayının suayrıcındadır.Hünd.2697 m.
Sipahi Aşırımı- Ordubad rayon ərazisində dağ aşırımı.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Gilançayla Parağaçayın suayrıcında,Parağa kəndindən 1,5 km şimal-şərqdədir.Hünd 1825 m.
Sisəkbər dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Hünd 3093 m.Günbəzvarı formadadır.
Soyuqdağ –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Hünd.3146 m.Konusvarı formadadır.
Taxtaxanı dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Biləv kəndindən 2,75 km cənub-şərqdədir.Hünd.1651 m.
Toğlugədik aşırımı –Ordubad rayon ərazisində aşırım.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Parağaçayla Düylünçayın yuxarı axınlarının suayrıcındadır.Hünd.2684 m.
UcaGüney dağı –Ordubad rayn ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Gilançayla Parağaçayın suayrıcındadır.Hünd.1576 m.Biləv kəndindən 1 km şimal-şərqdədir.Günbəzvarı formadadır.
Uçur dağ –Ordubad rayon ərazisində,Zəngəzur silsiləsində dağ.Vənənd və Əylis çaylarının(Arazın qolları)yuxarı axınları arasındadır.Hünd.2572 m.
Uzun dağ –rdubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin cənub-qərb yamacında,Düylün və Vənənd çaylarının suayrıcında zirvə.Vənənd kəndindən 1 km qərbdədir.Hünd.1109 m.
Yağlıdərə dağı –Ordubad rayon ərazisində dağ.Zəngəzur silsiləsinin suayrıcında zirvə.Hünd.3827 m.Konusvarı formalı və sıldırım yamaclıdır.