Qoz mürəbbəsi
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Emal edilmiş qoz – 1 kq, şəkər – 1,5 kq, limon turşusu – 3 q, mixək – 3 q və ya hil – 3 q (50 əd. qoza 1 kq şəkər) Daha ətraflı →
Zeynalov Fərhad Ramazan oğlu (22.06.1929, Ordubad şəhəri - 16.10.1984, Bakı; Ordubadda dəfn olunmuşdur) –türkoloq, dilçi. Filologiya elmləri doktoru (1966), prof.(1968). Azərb. Dövlət Un-tinin (indiki BDU) fillogiya fakültəsini Daha ətraflı →
Ordubad-Bugün..
Hazırda Ordubad müstəqil Azərbaycan Respublikasının şəhərlərindən biri olmaqla özünəməxsus tarixi-memarlıq xüsusiyyətləri ilə seçilir.
Orta əsr şəhər quruluşunu tamamilə qoruyub saxlayan Ordubad 1977-ci ildə qoruq şəhəri elan edilmişdir. Qoruq şəhəri Nizami küçəsi ilə Füzuli küçəsinin kəsişdiyi yerdən başlayaraq şəhərin əsas küçələrini əhatə edir. Bu şəhərin tarixinə nəzər salarkən görürük ki, şəhər əsasən 5 böyük zonadan ibarətdir:
1. "Ambaras" (İbrahim Əbilov və Babək küçələri)
2. "Kürdatal" (Əkbər Ağayev və M.Füzuli küçələri)
3. "Üçtürləngə"(Üçtürləngə küçəsi)
4. "Mingis" (Ümbül-Leyla və indiki Mingis küçələri)
5. "Sərşəhər" (Qaffar Babayev və Dədə Qorqud küçələri)
Bundan başqa bu zonalarda nisbətən kiçik məhəllələr vardır: "Qaraçanaq", "Dilbər", "Əngəç", "Qarahovuz başı", "Əsgərxan", "Var-san", "Körpübaşı", "Bəylər", "Meyrəmçə", "Peçi", "Düz", "Qoşqar", "Musa təngi".
Qədim zamanlarda Ordubad sakinləri xeyir və şər işləri üçün böyük və kiçikliyindən asılı olaraq bu məhəllələrin mərkəzində meydanlar salmış, məscidlər tikdirmişlər. Məscidlərin yanında isə əsasən çinar və tut ağacları basdırmışlar. Hazırda "Sərşəhər", "Yuxarı Ambaras", "Aşağı Ambaras", "Mingis", "Üçtürləngə", "Peci" məhəllələri bu tipik xüsusiyyətləri özündə qoruyub saxlayırlar.
Şəhərdə qədim "Əfqan qalası", "Sarıtəpə", "Qaradağ", "Pireyvəz", "Qoç", "Bəylər", "Dörddağ" qəbiristanlıqları arxeoloji abidələr sırasına daxildir. Bu arxeoloji abidələrin araşdırılması Ordubad şəhərinin tarixinin daha da dəqiqləşdirilməsinə imkan verir.Ordubad rayonu ərazisində 41 orta məktəb, 4 doqquz illik, 5 natamam orta təhsil məktəbi, 5 əlavə qeyri tədris ocaqları fəaliyyət göstərir. Rayonda bir texniki peşə məktəbi vardır. Məktəblerdə 8323 nəfər şagirdin təlim-tərbiyəsi ilə 960 nəfər müəllim məşğul olur.Arxasını qayalı dağlara söykəyən, yaşıllıqlar qoynunda cilvələnən Ordubad şəhərinin ərazisindən iki çay axır (solunda Gənzə çayı, sağında Ordubad çayı). Başlanğıcını qarlı dağlardan götürən Ordubad çayı şəhəri iki hissəyə - Sərşəhərə və Ambarasa ayırır.Hələ qədim feodal dövrlərində Ordubad çayının sağ sahilində yerləşən "Qala" adlanan ərazi şəhərin mərkəzi hesab olunurdu. Sonralar Ordubadın mərkəzi çayın sol sahilində yerləşən indiki"Cümə məscidi" ərazisinə köçürülmüşdür. Ordubadın küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir. Dəmiryol vağzalını şəhərin mərkəzi ilə birləşdirən əsas magistralda inzibati binalar, əsas ticarət və mədəni-iaşə obyektləri yerləşmişdir.
Əsas magistraldan əlavə şəhərin planındabeş radial şəkildə salmmış istiqamət nəzərə çarpır; şimalda - Yuxarı Əylis kəndinə, şimal-şərqdə Gənzə kəndinə (Gənzə çayından keçməklə), şərqdə qədim qəbiristanlığa, cənubda - Cənubi Azərbaycanın Təbriz şəhərinə və cənub-qərbdə Naxçıvan şəhərinə uzanan istiqamətlər aydın seçilir. Şəhərin çoxlu sayda meydanları dar küçələrin çıxışlarında yerləşmişdir. Bu meydanların bir qayda olaraq məscidi, qoca çinar və çeşməsi vardır. Məhəllə məscidləri özlərinin xüsusi memarlıq çalarları ilə seçilirlər. Ordubadın məscidləri hələ qədim dövrlərdən minarəsiz tikilmişdir. Bunu çoxları o vaxtkı tikililərdə əsasən çiy kərpiclərdən istifadə olunması ilə əlaqələndirirlər ki, bu kərpiclər də minarə ucaldılması üçün əlverişsiz idi. Ordubadın yaşayış evlərinin memarlıq üslubu Azərbaycanın digər zonalarının heç birində rast gəlinmir. Burada xüsusi cizgiləri ilə seçilən və əhalinin adət-ənənələrini özündə əks etdirən evlərin planı çox rəngarəng və özünəməxsusdur.Ordubadda evlər əsasən çiy kərpicdən qapalı şəkildə tikilmiş, tamamilə xarici aləmdən təcrid olunmuş və kiçik həyətyanı sahəsi olan bir şəkildədir.